Azərbaycanda bir sıra məmulatların idxalına gömrük rüsumları tətbiq edilib

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli qərarında dəyişikliklər edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr, saflaşdırılmış misdən prokat üçün biçmələr və digər saflaşdırılmış misin idxalı üzrə gömrük rüsumları 1000 kq-a 300 ABŞ dollarından az olmamaq şərtilə 10 faiz təşkil edəcək.

Mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillərin idxalı üzrə rüsumlar da 1000 kq-a 300 ABŞ dollarından az olmamaq şərtilə 10 faiz təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda mis və mis məmulatlarının idxalı üzrə gömrük rüsumları 1000 kq-a görə 15 dollar təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.