Türkiyədə uşaqlarını zəhərləyib intihar edən qadının əri: "Səhər duranda o mahnıya qulaq asırdı" - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Türkiyədə bir neçə gün əvvəl qadın iki övladını zəhərləyib, sonra da intihar edib.
Milli.Az "Milliyet"ə istinadla bildirir ki, həm qızlarını, həm də xanımını itirən kişi jurnalistlərə hadisənin baş verdiyi gündən danışıb.
"Səhər ayılanda gördüm ki, məndən tez durub. Məni seyr edirdi. Hər zamankından fərqli idi baxışları. Mənə: "Sən mənim uşaqlıq eşqimsən, bilirsən?" - dedi.
Sonra telefonunda mahnı qoydu. Mahnının nəqarətində: "Onu mənim kimi sevmə" ifadəsi tez-tez səslənirdi.
Mənə dedi ki, işdən icazə al, bir müddətlik uzaqlaşaq buralardan.
Necə intihar edə bilər axı? Bəlkə, uşaqların dəm qazından zəhərləndiyini görüb, buna dözə bilmədiyinə görə özünü də öldürüb?"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре