Masallıda avtomobil maneəyə çırpılıb, 15 yaşlı oğlan ölüb

13 января 2017 11:27

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ərkivan qəsəbəsində, "Ərkivan dairəsi" deyilən ərazidə qeydə alınıb.

Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb.

Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa  da, onu xilas etmək mümkün olmayıb.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.