Əməliyyat zamanı ölən 3 uşaq anasının qanaxmadan öldüyü təsdiqlənmədi

13 января 2017 11:58

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 5 saylı Şəhər Klinik Xəstəxanasında yırtıq əməliyyatı zamanı ölən Məmmədova Vüsalə Hümmət qızının qanaxmadan dünyasını dəyişməsi ilə bağlı onun yaxınlarının səsləndirdikləri iddia öz təsdiqni tapmayıb.

Day.Az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, mərhumun yaxınları ölümün qanaxmadan baş verməsindən şübhələnirdilər. Lakin ilkin rəyə əsasən, V.Məmmədovada qanaxma baş verməyib. Artıq bu barədə mərhumun yaxınlarına da məlumat verilib.

Ölümün dəqiq səbəbləri isə tədqiqat üçün alınan materialların mikroskopik müayinəsi nəticəsində məlum olacaq. Bu müayinənin nəticələri 2 həftə ərzində məlum olacaq.

Xatırladaq ki, Məmmədova Vüsalə Hümmət qızı yanvarın 11-də dünyasını dəyişib. Mərhumun yaxınları ölümə səbəbin həkim səhlənkarlığı olduğunu, həkimin əməliyyat zamanı səhvən xəstənin damarını zədələdiyini və nəticədə də onun qanaxmadan dünyasını dəyişdiyini iddia edirdilər. Mərhumun 3 uşaq anası olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.