İstanbulda evə basqın edən Ermənistan vətəndaşlarına ömürlük həbs istənilib

Day.Az представляет новость на азербайджанском языке

İstanbul Baş Prokurorluğu Türkiyədə yaşayan erməni ailənin evinə basqın etməkdə  şübhəli bilinən 3 Ermənistan vətəndaşına ömürlük həbs cəzası verilməsini istəyib.

Day.Az APA-ya istinadən xəbər verir ki, İstanbulun Şişli rayon sakinləri Akop və Səda Dəmirçilərin evinə basqın edənlər Artur Ayvazyan, Aram Obanesyan və Sergey Mikaelyandır.
 
Qeyd edək ki, hadisə ötən ilin fevralında baş verib. Cinayətkar dəstənin üzvləri Şişlidə yaşayan ahıl erməni ailəsinin evinə basqın ediblər. Dəstə üzvləri basqın zamanı evdə olan 79 yaşlı Akop Dəmirçi ilə 84 yaşlı Səda Dəmirçinin əl-qolunu bağlayaraq, onlardan pulların və qızıl zinət əşyalarının yerini tələb ediblər. Nəticədə A. Dəmirçinin boynu qırılıb və o, hadisə yerində ölüb. Quldurlar evdən külli miqdarda pul və dəyəri milyonlarla ölçülən qızıl-zinət əşyaları aparıblar.
 
İş üzrə saxlanan 8 nəfərdən 5-i qadındır. Tutulanların əksəriyyəti Ermənistan vətəndaşıdır və Dəmirçi ailəsinin tanışıdır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.