Abşeronda orta məktəbdən oğurluq edilib

Day.Az представляет новость на азербайджанском языке

Abşeronda orta məktəbdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompüteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmin gün qəsəbə ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlamaları da müəyyənləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.