Məşhur şokolad yağları satışdan yığışdırılır - XƏRÇƏNG TƏHLÜKƏSİ!

13 января 2017 13:08

Day.Az представляет новость на азербайджанском языке

İtaliyanın "Ferrero" şirkətinin "Nutella" şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışdırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı.

Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı.

Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.