Uşaqların hepatit B ilə xəstələnməsi halları 2,2 dəfə azalıb

13 января 2017 13:10

Day.Az представляет новость на азербайджанском языке

2000-ci ildən sonra uşaqlar arasında hepatit B virusu ilə ilkin xəstələnmə halları 2,2 dəfə azalıb.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildiib ki, uşaqların hepatit B-yə qarşı peyvənd olunmasına 2000-ci illərin əvvəllərində başlanılıb. Onun sözlərinə görə, peyvənd tətbiq olunanadək bu xəsləlik qeydə alınanların 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göslərici cəmi 1 faizdir.

V.Qasimov bildirib ki, ölkə üzrə peyvənd planı 95-97 faiz yerinə yetirilir: "Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq, ölkəmizdə də uşaqlann 11 xəsləliyə qarşı müdafiəsi təmin edilir. Onlardan ikisinin - B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinlərin tətbiqinə son illərdə başlanılıb. Bu il poliomielitin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit peyvəndinin əlavə olunması, 3 valentli vaksinin 2-valentli ilə əvəz edilməsi önəmli hadisələrdən bilidir".

V.Qasımov artıq Azarbaycanda poliomielit, difteriya, qızılca, məxmərək, göyöskürək, epidemik parotit xəsləliklərinin müşahidə edilmədiyini, bu sadalanan uğurların Ümumdünya Səhiyyə Taşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqləndiyini söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.