"Sabah gəlinim oğlumun qabağına yemək qoymasa..." - VİDEO

13 января 2017 13:48

Day.Az представляет новость на азербайджанском языке

Nura Suri: "Oğlumun sevgilisinin əlindən bir iş gəlmir"

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Nura Suri maraqlı açıqlamalar verib:

"Mənim üçün övladlarım hər şeydən öndədir. Onlara həmişə deyirəm ki, arvad alanda eləsini alın ki, mənim kimi sizə baxsın. Yuxudan durandan sonra səhər yeməkləri hazır, paltarı bir dəfə geyinib-soyunub yerə atırlar, onu götürürəm, yuyuram. Onlara elə baxmışam ki, şah balası kimi. Onların qayğısına çox yaxşı qalmışam. Sabah oğlum işdən evə gələndə arvadı onun qabağına yemək qoymasa, mən bunu qəbul edə bilmərəm. Tək müğənni yox, həkim də ola bilər. Gecə vaxtı əməliyyatda ola bilər. Xarici ölkədə razıyam, orada normal iş vaxtı var. Bizdə yox amma. Oğlumun qulluğunda durmaq lazımdır. İstədiyi də var oğlumun, danışırlar. Mən də qızla danışıb başa salmışam, deyir ki, "əlimdən nə gəlir, edirəm". Amma belə görürəm ki, əlindən heç nə gəlmir. Ona görə çox narahatam. Yoldaşına və övladına qayğı lazımdır. Mənim missiyam övladlarıma yaxşı baxmaqdır. Hansısa bir qadın mənim övladlarıma əziyyət versə, qəbul etmərəm. Onda elə istək olmalıdır ki, mən əmin olmalıyam, o mənim övladımı həqiqətən sevir. Bir də var ki, sevib yükləmək. O şeyləri yaşamaqlarını istəmirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Nura Suri: