Bakıda bu avtobus xəttinin hərəkət marşrutu dəyişdirildi - SXEM

13 января 2017 14:34

Day.Az представляет новость на азербайджанском языке

Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinə asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.