Emma doğuş anına qədər hamilə olduğunu bilməyib

Day.Az представляет новость на азербайджанском языке

Hamilə olduğunu və doğum etdiyini körpənin başını görüncə anlayan qadın böyük bir şok yaşayıb.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, hamilə olduğundan xəbərsiz olan 19 yaşlı qadın evinin mətbəxində özü doğuş edib. 

Yeni Zelandiyada 19 yaşlı Emma Krofts-Vilson 39 həftə ərzində hamilə olduğunu bilməyib. Emma bir gün öncə bərk qarın və bel ağrısı yaşasa da, əhəmiyyət verməyib. Ertəsi gün evdə tək olan Emmanın sancıları başlayıb. Mətbəxin ortasında özbaşına qızı Hanna-Mari Teiranı dünyaya gətirib. Ancaq körpənin başını görənə qədər doğum etdiyindən xəbəri olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.