Bakıda uşaq oğurlayan şəxsə hökm oxunub

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə S.Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afət Qasımovadan 20 min manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı S.Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib. 
 
S.Qasımzadə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.