Azərbaycandan 3 mln. rubla yaxın vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb - FOTOLAR

13 января 2017 14:42

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Samur" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası  vətəndaşının idarə etdiyi "Hyundai Sonata"  markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilmiş, eləcə də  vətəndaşın  üzərində şəxsi yoxlama aparılmışdır.

Day.Az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu  aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.