Dünya bu qızdan danışır - FOTOLAR

13 января 2017 15:10

Day.Az представляет новость на азербайджанском языке

Zibeydə uşaqkən yüksəklikdən yıxılıb. Möcüzə sayəsində sağ qalıb. Universitetə qəbul olduğu il ona xərçəng diaqnozu qoyulub. Xərçəng müalicəsi davam edərkən, infarkt keçirdiyi üçün əməliyyat olunub. Əməliyyatdan sonra mindiyi mikroavtobus qəzaya düşüb. O bu qəzada qolunu itirib.

Milli.Az xəbər verir ki, Zibeydə indi itirdiyi qolunun yerinə hazırlanan bionik qol ilə yenidən yaşam mübarizəsini aparır.

26 yaşlı Zibeydənin söylədiyi tək bir şey var: "Olmuşla ölmüşə çarə yoxdur. Ağlayıb üzülmə, kimsəyə faydası yoxdur. Həyat kifayət qədər qısadır".

Zibeydə Türkiyənin Nizip mahalında 4 uşaqlı bir ailənin ən böyüyü olaraq dünyaya gəlib.

Protezinin 2016-nın 24 noyabrında taxıldığını xatırladan Zibeydə Karabacak bunları söyləyib:

"Evimin ümumi təmizliyini edə bilirəm. Suya toxuna bilsəm protezlə, qabları belə yuyaram, amma suya dəyməməlidir. Tək yaşayıram. Əslində mən öz əlimi istifadə etdiyimi hiss edirəm. Çünki ona mən əmr verirəm".

Karabacak qolunu itirmədən əvvəl ən sevdiyi şeylərdən birinin yazı yazmaq olduğunu dilə gətirərək, hədəfinin bunu reallaşdırmaq olduğunu vurğulayıb.

Həyatı boyunca qarşılaşdığı maneələri ailəsinin sevgisi və verdiyi mənəvi dəstəklə aşa bildiyinə toxunan Karabacak fikirlərinə bunları əlavə edib:

"Həyat kifayət qədər qısa. Bunu çox-çox təcrübələrlə öyrəndiyim üçün deyirəm. Ümidsiz şəkildə kənara çəkilmiş olsaydım, mənə güvənən, inanan doğmalarıma haqsızlıq etmiş olardım. Bir gün yaxşı olacağıma ümid edirdim. İndi isə daha da yaxşı olacağıma çox ümid edirəm".

Uşaqlıqdan bəri bəlkə də həyat məni buna hazırlayıb. Olanları böyütməyi çox sevmirəm. Düzdür, çətin zamanlar keçirdim, amma bunu böyütmək zaman itkisidir. Bu qədər şeyə baxmayaraq, Allah mənə bu gücü verirsə, mənim həyatda qalmaq üçün çox əhəmiyyətli bir səbəbim var. Demək ki, mənə ölməmək, döyüşmək lazımdır. Bunun bir mükafat olduğuna, daha yaxşı şeylər yaşayacağıma inanıram. Hal-hazırda iş müraciətləri etdim, bəzi yerlərdən cavab gözləyirəm. Məqsədim iş tapıb kimsəyə möhtac olmadan, alın açıqlığı ilə həyatıma davam etməkdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.