Bu ilin ilk 12 günü - Avropaya artıq mindən çox mühacir gəlib

13 января 2017 15:27

Day.Az представляет новость на азербайджанском языке

Bu ilin ilk 12 günündə Avropaya dəniz yolu ilə mindən çox mühacir daxil olub.

Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən məlumat verir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Avropaya Yunanıstan və İtaliyadan keçməklə 1 159 mühacir daxil olub.

Bundan başqa, 2017-ci ilin ilk günlərində Türkiyədən Yunanıstana 430 mühacir daxil olub. Məlumatda müqayisə üçün qeyd edilir ki, ötən ilin ilk günlərində bu rəqəm 22 mindən çox olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.