Türkiyədə PARTLAYIŞ: 1 ölü, 15 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Kocaeli vilayətində dəmir tullantılarının emalı zavodunda partlayış baş verib.

Day.Az-ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində zavodun 1 işçisi ölüb, 15-i xəsarət alıb. Yaralıların vəziyyətləri yaxşı olduğu bildirilir. 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları göndərilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam edir.

XXX

Gebze İcra hakimi Mehmet Arslan fabrikdən çıxdıqdan sonra bunları bildirib: "Qəzada 1 işçi həyatını itirib. 15 yaralımız var. Yaralıların sağlamlıq vəziyyətləri yaxşıdır. Hadisə ilə əlaqədar araşdırmalar səlahiyyətli kəslər tərəfindən içəridə davam etməkdədir. İşyeri sahibləri ilə görüşdüm, səlahiyyətlilərlə də müzakirə etdik. Hər hansı ehtiyyatsızlığın olub olmadığı araşdırılacaq"dedi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

На металлургическом заводе на западе Турции произошел взрыв, есть погибший