Kamil Zeynallının təhqir etdiyi xanım aparıcı: "Anamın qəbri ona qənim olsun!"

13 января 2017 16:00

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Şəbnəm Hüseynova ilə Kamil Zeynallı arasındakı qalmaqal böyüyür.

Day.Az publika.az-a istinadən xəbər verir ki, Ş.Hüseynova K.Zeynallının onun ünvanına səsləndirdiyi təhqirlərə cavab verib.

Aparıcı bildirib ki, idmançının onun tənqidi qarşısında dediyi təhqirlər tərbiyəsizlikdən başqa heç nə deyil:

"Səhər durub Kamil Zeynallının dediklərini oxuyanda şok keçirdim. Mənim televiziya işçisi, sosial insan kimi cəmiyyətdə baş verən hadisələrə fikir söyləmək ixtiyarım var. Hər halda o, özü də kütlənin qəbul etmədiyi məsələlərlə bağlı fikir bildirir. Biz sivil ölkədə yaşayırıq, hər ikimiz televiziyada veriliş aparırıq. Ən azından mənə zəng edib onun haqqında bu fikri niyə yazdığımın səbəbini soruşa bilərdi.

Yaxud da silməyimi xahiş edə bilərdi. Mənim ünvanıma dediyi bütün söyüşləri olduğu kimi onun özünə qaytarıram. Tanımadığı insan haqqında o ifadəni işlətməyin artıq sənin haradan gəldiyindən xəbər verir. İkincisi isə efirdə veriliş aparan və tanınan adam insanlara yaxşı nümunə olmağı bacarmalıdır. Davranışlarınla sən öz etikanı nümayiş etdirirsən. Üstəlik, o, öz həyat yoldaşı ilə birlikdə mənim verilişimdə qonaq olub. Hətta əlimi sıxıb salam verib".

Aparıcı bildirib ki, yazdığı statusda K.Zeynallını təhqir edəcək heç bir fikir bildirməyib:

"Statusda onun adını çəkməmişdim. K.Zeynallının timsalında onun kimilərini tənqid etmişdim. Onun milyonlarla izləyicisi var, hər halda özü yayımladığı videolara cavabdeh olmalıdır. Əlbəttə ki, öz işidir, amma tənqidimə də mənim kimi cavab verməli idi. Yazmadığım formada cavab qaytarardı, məni təhqir etməyə haqqı yox idi! Anam bu yaxınlarda dünyasını dəyişib, qoy anamın qəbri ona qənim olsun! Mən heç onun "Boyunu yerə soxum" deməmişəm, utandığımdan "Az qala öz boyumu yerə soxuram" yazmışdım. O, kimliyindən asılı olmayaraq cəmiyyətdəki insanları təhqir etməsindən danışsın. Öz yazdıqlarına cavab versin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.