Kamal Abdulla: "Onlar Azərbaycana qarşı ədalətsizliklərə cavab verməyə hazır qüvvələrdir"

Day.Az представляет новость на азербайджанском языке

Xarici ölkələrin universitetlərində "Azərbaycan multikulturalizmini " öyrənən gənclər Azərbaycana qarşı ədalətsizliklərə cavab verməyə hazır olan qüvvələrdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

K.Abdullayev deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu günə qədər 15 xarici ölkədə - Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Gürcüstan, İndoneziya, Litva, Polşa, Çexiya, Bolqarıstan, İsveçrə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində "Azərbaycan multikulturalizmi" adlı fənnin tədrisini həyata keçirib.

K.Abdullayev qeyd edib ki, son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaradıblar. Bu rəsmi klubun artıq 200-ə yaxın üzvü var:

"Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azərbaycan Prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur".

K.Abdullayev qeyd edib ki, Azərbaycanda multikultural ənənələr növbəti illərdə də yaşayacaq:

"Multukural tədbirlər yalnız təqvim ili ilə yekunlaşmayacaq. Azərbaycan xalqı multikultural dəyərləri təqvim ilindən mənəvi illərə keçirməyi bacarır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.