Xalq artisti teatrdan getdi

13 января 2017 16:43

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsi barədə açıqlama verib.

Sənətçi teatrı tərk etdiyini və opera səhnəsinə çıxmayacağını bildirib.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva qafqazinfo-ya açıqlamasında xalq artistinin öz istəyi ilə getdiyini bildirib:

"Nəzakət xanım noyabrın 1-dən teatrla vidalaşıb. O, öz istəyi ilə opera səhnəsindən uzaqlaşıb. Onsuz da, əvəzedici kadr idi, tam ştatda deyildi. Pedoqoji fəaliyyəti sıx olduğundan belə bir addım atıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.