Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq - SXEM

13 января 2017 17:09

Day.Az представляет новость на азербайджанском языке

N.Nərimanov küçəsində hərəkət məhdudlaşdırılacaq

Day.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özünün Facebook səhifəsində bildirib. Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur. Bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7-17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.