Yevlax yolunda ağır qəza: ölən və yaralananlar var

13 января 2017 17:13

Day.Az представляет новость на азербайджанском языке

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Day.Az report-a istinadən xəbər verir ki, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınan qəzada 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətələri alıblar. "VAZ-2107"də olan sərnişin isə hadisə yerində ölüb. 

Yaralılar Bərdə Rayon Mərkəzi XəstəXanasına (RMX) yerləşdiriliblər. 
Qeyd edək ki, qəzada ölən və yaralananların şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.