Bir çay qaşığı həyatını dəyişdi - FOTOLAR

13 января 2017 17:23

Day.Az представляет новость на азербайджанском языке

Danimarkada gənc qız "rollercoaster"ə (attraksion) minmək istədiyi vaxt köklüyü səbəbiylə ora buraxılmayınca arıqlamağa qərar verir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, çay qaşığı ilə yemək yeyərək təxminən 60 kilo "atan" və indi manikenlik edən Mathilde Broberqi görənlər tanıya bilmirlər.

O, arıqlamaq üçün şokolad, şəkər, keks, çipsi, makaron və çörəyi menyusundan tamamilə çıxarıb.

İdmana başladı və çörəki atdıqdan sonra sallanan dəriləri üçün əməliyyat keçirdi. Təxminən 1 il içində ciddi mənada kilo verməyə başladı və dörd il sonra tam fərqli bir insana çevrildi.

Zəifləmək üçün çay qaşığıyla yemək yeməyə başladığını vurğulayan 21 yaşlı Broberq "Çay kaşığıyla yemək yeyərək bir cür beynimi aldadıram" deyib.

Mathilde Broberq artıq idman geyim firmaları üçün modellik edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.