Nadir ona qarğış edən toy yiyəsinə cavab verdi

13 января 2017 17:24

Day.Az представляет новость на азербайджанском языке

Heç vaxt rayon toylarına getmirəm. Təklif gələndə birtəhər məni yola gətirdilər. Gedəndə də içimdə narahatçılıq hissi var idi, elə deyirdim ki, qəribə nəsə baş verəcək.

Day.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

İfaçı rayonlardan birində qatıldığı toy məclisində ev yiyəsi ilə arasında baş verən qalmaqala münasibət bildirib:

"Dünən efirdə zəng vurub deyirlər ki, 5 mahnı oxudu. Heç vaxt getdiyim məclisdə 5 mahnı oxumaram. Mənə həvalə olunan məclisi yola vermərəm, canla-başla idarə edirəm. Onun dedikləri gülməlidir. 10 saat toyda oldum, nə qədər mahnı oxudum. 6 saat danışdığımız toyda, 4 saat artıq çıxış etdik. Nəticədə haqqımız olan pulu vermədilər. Həmin toyda aldığım qonorardan mənə heç nə qalmadı. Pulu musiqiçilər arasında böldüm, onlar mənim işçilərimdir, niyə narazı olmalıdırlar ki... Həmin məclisdə əziyyət çəkmişdilər".

N.Qafarzadə bildirib ki, bundan sonra heç vaxt rayon toylarına qatılmayacaq:

"Mən nə həmin insanın, nə  də rayonun adını çəkmədim. Çünki o rayonda yaxşı insanlar yaşayır. Amma adam özü efirə zəng vurub verilişdə adını dedi. Eybi yox, hadisədir, oldu keçdi. Biz musiqiçilər əziyyətə öyrəşmişik. Toyu olan bəy və gəlinə xoşbəxtlik arzulayıram, oğullu, qızlı olsunlar. Onlar böyüklərinin etdiyi bu hərəkətə cavabdeh deyillər. Ən azından biz həmin insanın evində qonaq idik. Axı qonağa belə davranmaq olmazdı. Məclisdə qonaq kimi Zakir Əliyev də yer alırdı. O, arada bir-iki muğam oxudu. Amma bu da ev yiyəsinə haqq vermir ki, desin 10 saata cəmi 5 mahnı səsləndirib. Mən toylarda heç fonoqram da oxumuram. Qərar verdim, bundan sonra əsla rayon toyuna getməyəcəm".

N.Qafarzadə daha sonra sözlərinə bunları əlavə edib:

"Toyda olan rəqs qrupu mənim İnstaqram səhifəmə mesaj yazıb. Onlar da mənim dediklərimi təsdiqləyirlər. Həmin rəqs qrupunu da toyda 2 saat artıq işlədib, 300 manat pul veriblər. Səhəri isə zəng edib rəqs qrupuna deyib ki, gətir pulumu qaytar. Mən heç vaxt yalan danışmamışam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.