Son dəqiqə: Fransada silsilə PARTLAYIŞLAR

13 января 2017 18:01

Day.Az представляет новость на азербайджанском языке

Fransanın Marsel şəhərini sarsıdan şiddətli partlama səsləri şəhər sakinlərini qorxuya salıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Fransanın cənubundakı liman şəhəri Marseldə bu saatlarda şiddətli partlayış səsləri eşidilir. Sosial şəbəkələrdə məlumat verən şəhər sakinləri partlayışların evlərə zərər vurduğunu bildirirlər.

Partlayış səsləri şəhərdə çaxnaşma və qorxuya gətirib çıxardıb. Sosial şəbəkələrdə bir çox istifadəçilər bunun terror hücumu olduğunu iddia ediblər.

Ancaq yerli media, polis, hələ ki, bu haqda heç bir məlumat vermir. Qəzetlərdə yer alan məlumata görə, partlayışa səbəb hərbi təyyarənin qəzaya uğraması ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.