Milli Parkda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə yanğın hadisəsi baş verib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 12-si saat 20 radələrində baş verən yanğının söndürülməsinə nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.
 
Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.
 
Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.