Məktəbdə tətillər uzadıldı - Rusiyada

13 января 2017 18:24

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada qrip virusunun kəskin yayılması ilə əlaqədar bir sıra şəhərlərdə məktəb tətilləri uzadılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tətillərin uzadılması barədə qərar Rusiyanın Ufa, Perm və Orenburq şəhər məktəblərinə şamil edilib. Qərar əsasən, məktəblilər uzadılan tətil çərçivəsində yanvarın 21-dək məktəbə getməyəcəklər.

Bu tədbir qrip virusunun daha da geniş yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Bununla belə, qəbul edilmiş qərar yalnız məktəblərə aid edilib, uşaq bağçaları öz fəaliyyətini davam etdirəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.