Yuxusunda gördüyünü sənət əsərinə çevirən azərbaycanlı usta

Day.Az представляет новость на азербайджанском языке

Lazımsız odun kötüklərini formadan - formaya salan əllər nəticədə incəsənət əsəri yaratmış olur. Həm də bütün bunları o yuxusunda görür. Sənətkarın qəribəliyi bununla da bitmir. Uşaqlıq və gənclik illərində taleyinə sürgünlük həyatı yazılan idman ustası, dəfələrlə beynəlxalq yarışların qalibi olan qəhrəmanımız bu sənətə elə sürgün həyatında yiyələnibmiş.

O, "Əsərlərim mənim həyatımdır" deyərək ömrünün 30 ilini bu işə sərf edib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Əsgər Məmmədov çoxlarının yararsız, kötük və odun parçası kimi baxdığı əşyaları məharətlə sənət əsərinə çevirməyi bacarır.

Hər bir əsərinə aylar, hətta illər həsr edən sənətkar hansı əsəri necə yaradacağını yuxuda gördüyünü deyir. Əsgər Məmmədov ağacoyma sənətini hələ uşaq yaşlarından öyrənib.

Kiçik emalatxanasında ərsəyə gətirdiyi sənət nümunələrini daha çox palıd, göyrüş, şabalıd, şərq çınarı kimi ağaclardan hazırlayır. Həmçinin şüşə qırıqlarından da istifadə etməklə sənətkar əsrarəngiz nümunələr yaradır. Sənət nümunələrini yaradarkən bütün xırdalıqlar nəzərə alınır. Materialın ağırlığı, növü, quru və yaxud yaş olması.

Usta çəkiliş zamanı ərsəyə gətirmək istədiyi qartalı göyrük ağacından düzəldir. Çünki onun çox gözəl yonulma xüsusiyyətləri var. Tam hazır olduqdan sonra əsərlər sənətkarın kiçik muzey kimi yaratdığı kolleksiyaya daxil edilir. Əsgər usta min bir əziyyətlə ərsəyə gətirdiyi nümunələri satmadığını, sənətə çevirdiyi hobbisi ilə yaşadığını deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Yuxusunda gördüyünü sənət əsərinə çevirən azərbaycanlı usta - VİDEO - FOTO