Cəmiyyət Həmməruzəçilər Baş Prokurorluqda olublar

13 января 2017 18:48

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 13-də Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, AŞPA ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokurorun müavini Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.
 
Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, prokurorluq orqanlarının strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, o cümlədən şəffaf prosedurlar əsasında test yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünasların prokurorluğun kadr korpusunun yarıdan çoxunu təşkil etməsi müsbət hal kimi dəyərləndirilib.
 
AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımları, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndiriblər.
 
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuş, tərəfləri maraqlandıran suallar və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
 
Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.