Pakistanda yük maşını məktəb binasına çırpıldı: 5 ölü - 4-ü məktəbli qızdır

Day.Az представляет новость на азербайджанском языке

Pakistanın şimal-şərqində, Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb.

Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 30 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü məktəbli qızlardır.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Sürücü hadisə yerindən uzaqlaşsa da, daha sonra polis tərəfindən saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.