"Tax free" sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən mallara da şamil olunacaq

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, dəyişikliklərə əsasən, fərmanın 5-ci hissəsində "və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ", "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə, "və hava nəqliyyatında" sözləri ", hava və su nəqliyyatında" sözləri ilə əvəz edilir:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə "tax free" sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində, hava və su nəqliyyatında video çarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin etsin.

Həmçinin, dəyişikliklərə əsasən "tax free" sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara da şamil olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.