Şəmkirdə dəhşət: Toya çağırılmayan gənc bəyi bıçaqladı

13 января 2017 19:32

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

Day.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, kənd sakini, 20 yaşlı Anar Lətifli həmyerlisi, 24 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqlayıb.

Sonuncu aldığı bıçaq yarasından sonra ətrafdakıların köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Xəqani Quluyev - həkim: "Əməliyyat vaxtı məlum olub ki, döş sümüyünün yan arteriyası və qabırğaarası arteriya kəsilib. Sağ döş boşluğuna 2 litrdən artıq qan daxil olub. Hansı ki, həmin qan təmizləndi. Yara içəridən və çöldən tikildi. Döş boşluğuna drenaj qoyuldu. Vəziyyəti orta-ağırdır".

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, tərəflər arasında mübahisə toya dəvət üstündə düşüb. 3 gün bundan əvvəl toyu olan Məhəmməd Məhəmmədli həmyerlisini öz məclisinə dəvət etməyib. Bundan hiddətlənən Anar Lətifli 3 gün sonra bəyi söhbətə çağırıb. Beləcə tərəflər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hələlik cinayəti törədən Anar Lətifli məsuliyyətdən yayınır.

Şəmkir polisi onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.