QHT sədrindən sahibkarlara təklif: "Əməkdaşlıq edək"

Day.Az представляет новость на азербайджанском языке

Son günlərdə yerli şirkətlərin istehsalı olan bəzi qida məhsullarının müxtəlif xəstəliklərə yol açdığı barədə məlumatlar yayılır. Bu xəbərlərin nə qədər düzgün və əsaslı oldugunu deyə bilmərəm. Heç yayılmış məlumatlarda da ciddi mənbə göstərilmir.

Milli.Az xəbər verir ki, bu barədə "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva deyib.

O qeyd edib:

Ancaq ilk oxunuşda məndə, heç şübhəsiz ki, istehlakçı kimi oxucularda da bu cür məlumatlar adları çəkilən şirkətlərin məhsullarına inamı azaldır.

Bu isə, istehsalçı müəssisənin işgüzar imicinə zərər vurmaqla yanaşı, onu satan ticarət obyektinin təqdim etdiyi digər mallara da müştərilərdə şübhə yaradır.

Bunları söyləməklə, heç də keyfiyyətsiz məhsul istehsalına bəraət qazandırmaq niyyətində deyiləm. Belə ki, sahibkarlar istehsal etdikləri məhsulların standartlara cavab verməsinə, keyfiyyətinə cavabdehlik daşıyırlar. Bundan başqa, hər bir qida məhsulu istehsalçısı özünün, ailəsinin, yaxınlarının da istehlakçı olduğunu nəzərə almalıdır. Qəbul etməlidirlər ki, onların uğurları həm də bizdən-alıcılardan asılıdır. Nə qədər çox alsaq, istehsal genişlənəcək, sahibkarların gəlirlərı də artacaqdır.

Bununla belə, bir daha xatırlatmaq yerinə düşərdi ki, yuxarıda qeyd edilən səpgili məlumatlar istehsalçı şirkətlərin və ticarət şəbəkələrinin fəaliyyətinə zərər gətirir, onların işgüzar imicinə ziyan vurur. Bu isə, yerli şirkətin bazardan çıxmasına, iş yerlərinin azalmasına gətirib çıxara bilər. Belə olanda isə, bazarı hər hansı xarici şirkət tutacaq. Özü də daha baha məhsulları ilə. Manatın məzənnəsinin dollara nisbətdə aşağı düşdüyü və idxalın o qədər də sərfəli olmadığı indiki şəraitdə xarici ölkə istehsalı olan ucuz məhsul gözləmək isə sadəlövlük olardı. Onu da qeyd edim ki, öz məhsullarımız heç də xaricilərdən geri qalmır, əksinə daha dadlı və faydalıdır.

Odur ki, yerli şirkətlərimiz necə deyərlər, keyfiyyətli məhsul istehsal etməli, biz istehlakşılar isə, onlara üstünlük verməklə yerli istehsalı dəstəkləməliyik.

Yaxşı olardı ki, istehsal müəssisələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə əməkdaşlıq etsinlər, onların və KİV-in nümayəndələrini mütəmadi olaraq istehsal prosesi ilə tanış etsinlər. Fikrimizcə, bu, həmin müəssisələr üçün faydalı olar, həm də necə deyərlər, istehsalçı- istehlakçı münasibətlərinin formalaşmasında əhəmiyyətli olardı. Bütün bunlar isə istehlakçı inamının artırılması üçün əhəmiyyətli olardı.

Bəzi məhsulların hər hansı xəstəliyə səbəb olacağı barədə yayılan məlumatlara gəlincə isə, fikrimizcə, belə məlumatlara daha həssaslıqla həssaslıqla yanaşılmalıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.