"Qarabağ"ın futbolçusu zədələndi

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, komandanın məşqində Coşqun Diniyev ayağından zədə alıb.

Futbolçu MRT müayinəsindən keçib və ən azı 1 həftə məşqlərə qatıla bilməyəcək.

Yarımmüdafiəçinin 1 həftədən sonra fərdi məşqlərə başlayacağı gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.