Öskürəyi sağaldan SADƏ VASİTƏ

13 января 2017 23:07

Öskürək zamanı müalicəvi kompreslər çox yaxşı kömək edir. Kompreslər döş qəfəsinə və belin yuxarı hissəsinə (bronxların proyeksiyasına) axşam yatmazdan əvvəl qoyulur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xəstə bu kompreslə yatmalıdır. Yüksək hərarət zamanı kompresdən istifadə olunmur. Həmçinin xəstədə kompresdə istifadə olunan maddələrə qarşı allergiyanın olub-olmadığına fikir vermək lazımdır.

Sizə ən sınanmış kompresləri təqdim edirik.

- 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və xəstənin döş qəfəsinə və belin yuxarı hissəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.
- 1 ç.q. bal + 1 ç.q. xardal + 1 x.q. bitki yağı. Yuxarıda göstərilən qaydaya uyğun istifadə olunur.
- 1 x.q. adi xörək duzu 1 stəkan isti suda əridilir, soyudulur (ilıq olmalıdır). Bu suda pambıq parça isladılır, bədənə qoyulur, qalın yun şərflə bərkidilir.