Bakıda mənzildə 71 yaşlı kişinin meyiti tapılıb

14 января 2017 07:48

Day.Az представляет новость на азербайджанском языке

Bakıda mənzildə meyiti aşkar edilib.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Adıgözəlov Fariz Əbdülrəhman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.