Masallıda yük avtomobili yanıb

Day.Az представляет новость на азербайджанском языке

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallının Digah kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.