Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

14 января 2017 09:09

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İki "VAZ2106" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.  Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan , bir nəfəri, 1998-ci il təvəllüdlü Mahmudov Adil Nəcəf oğlunun vəziyyəti orta ağır, digərlərinin isə normal qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.