Fuad Muradov: Prezident İlham Əliyevin uzunmüddətli siyasəti artıq öz nəticəsini verir

14 января 2017 08:01

Day.Az представляет новость на азербайджанском языке

Əgər artım varsa, deməli, islahatların istiqamətləri düzgün seçilib.

"Təbii ki, 2016-cı il iqtisadi baxımdan ağır oldu. Lakin prezident İlham Əliyevin də Nazirlər Kabinetinin son müşavirəsində qeyd etdiyi kimi, ağır olmasına baxmayaraq, Azərbaycan bu çətinliklərdən başıuca çıxıb".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin idman və Gənclər komitəsinin sədri Fuad Muradov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan bir sıra dövlətlərlə müqayisədə böhran vəziyyətindən uğurla çıxıb: "Biz bəzən özümüzü çox inkişaf etmiş ölkələrlə müqayisə edirik, amma ətrafımızda olan ölkələrə, məsələn, bizə yaxın olan Türkiyəyə, Qazaxıstana baxsaq, görərik ki, 2016-cı il onlar üçün də, o cümlədən də bizim üçün çətin olub. Amma buna baxmayaraq, Azərbaycan prezidentinin çevik və yerində həyata keçirilən siyasəti bizə böyük imkanlar verdi ki, 2017-ci ildə ölkədə geniş islahatlara başlayaq. Əslində bu islahatlar artıq ötən ildən başlayıb. Dövlət başçısı bununla bağlı müşavirədə də tikinti, turizm, kənd təsərrüfatı və s. ilə bağlı bir neçə istiqamət açıqladı. Statistik rəqəmlər göstərir ki, hətta böhrana baxmayaraq, Azərbaycanda stabil artım qeydə alınıb. Əgər artım varsa, deməli, islahatların istiqamətləri düzgün seçilib".

Komitə sədri idman və gənclərlə bağlı məsələlərdə əldə edilən uğurları xüsusi vurğulayıb: "2016-cı il Azərbaycan idmançılıarı üçün çox uğurlu il oldu. Bu, elə gənclərin də uğuru deməkdir. Çünki idmançıların mütləq əksəriyyəti məhz gənclərdir. Prezident İlham Əliyevin idman və gənclər sahəsində həyata keçirdiyi uzunmüddətli siyasət artıq öz nəticəsini verir. Onun şəxsi nəzarətində olan məsələlər Azərbaycana böyük uğurlar qazandırır. Belə ki, Azərbaycan idmançılarını böyük arenalara çıxarmaqla, onların təcrübəsini artırmaq və böyük yarışlara hazırlamaq kimi siyasət yürüdülürdü. Bu siyasət Rio Olimpiadasında özünü doğrultdu və idmançılarımız Azərbaycana böyük uğurlarla, qələbələrlə döndülər".   

F.Muradov 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunmasına da münasibət bildirib: "Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması çox vacib məsələlərdən biridir. Təəssüflər olsun ki, bu gün bütün dünyada, eyni zamanda Şərqdə müxtəlif münaqişələri dini zəmində olan problem kimi ortaya gətirirlər. Əlində islam elə həmrəylik, birlik deməkdir. Lakin təəssüf ki, bəzi dairələr və qruplar dindən siyasi məqsədlər üçün istifadə edirlər. Şükürlər olsun ki, Azərbaycanda bu istiqamətdə çox ciddi işlər görülüb. Azərbaycan artıq dinlərarası mühitin, əlaqələrin mərkəzinə çevrilib. Artıq illərdir ölkəmizdə həyata keçirilən humanitar forumlar, sivilizasiyalararası dialoqlar, BMT çərçivəsində gerçəkləşdirilən digər tədbirlər, həmçinin "Bakı bəyannaməsi" kimi qəbul edilən sənədlər islam həmrəyliyinin, ümumiyyətlə dinlərarası birgəyaşayışın necə olduğuna nümunədir. Ona görə də dövlət başçısı bütün bunları, eləcə də bu il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini nəzərə alaraq 2017-ci ili "İslam Həmrəyliyi ili" elan edib. Biz bir daha bütün dünyaya göstərəcəyik ki, Azərbaycanda həmrəylik çox yüksək səviyyədədir. Bugünkü dünyamız üçün bu çox vacib məsələdir. Mənə elə gəlir ki, bu gün dünyada məhz həmrəylik çatışmır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.