“YouTube”da yeni funksiya - PULLU ŞƏRH

14 января 2017 08:11

Day.Az представляет новость на азербайджанском языке

"YouTube" video xidməti yeni funksiyanın - "Super Chat" funksiyasının tətbiq olunacağını anons edib.

Day.Az lent.az-a istinadən xəbər verir ki, yeni funksiyaya əsasən online yayımlarda adi şərhlərdən fərqlənən şərh yerləşdirmək mümkün olacaq. Bunun üçün ödəniş etmək lazım gələcək.   
 
Pullu şərh xüsusi rənglə fərqləndiriləcək və bir müddət yayımla bağlı çatın yuxarısında qalacaq. Bu cür şərhin qiyməti onun həcmindən və yuxarı başda ("Top" şərhlər) hansı müddətə qalacağından asılı olacaq. Şərhi istənilən rəngdə vermək mümkündür.
 
Yanvarın 31-dən etibarən bəzi istifadəçilərə yeniliyi test etmək və izləmək imkanı veriləcək. 20 ölkənin istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq, daha 20 ölkənin istifadəçiləri isə bu yeniliyi izləyə biləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.