Rusiyalı alimlər yeni göbələk növü tapdı

14 января 2017 08:14

Day.Az представляет новость на азербайджанском языке

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ "Entoloma krutiсianum" göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri "Persoonia" jurnalında dərc olunub.

Day.Az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. "Entoloma krutiсianum" göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.