Selena Qomez imicini dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə gün bundan əvvəl yeni sevgilisi, müğənni "The Weeknd" ilə gündəmə gələn Selena Qomezin indi də yeni imicindən danışılır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı saçlarını kəsdirib. O, yeni görkəmdə olan fotosunu İnstaqram səhifəsində paylaşaraq, izləyicilərindən münasibət istəyib.

Sevənlərinin bəziləri yeni saç düzümünün Selenaya yaraşdığını desə də, çoxu uzun saçın qadını daha gözəl göstərdiyini qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.