Argentinada bankı 30 saniyəyə qarət etdilər

Day.Az представляет новость на азербайджанском языке

Argentinanın Tiqre şəhərində silahlı şəxslər 30 saniyəyə bankı qarət ediblər.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" kanalı məlumat yayıb.

Cinayətkarlar 750 min peso (47 min dollar) apara biliblər.

Müşahidə kameralarının analizi nəticəsində silahlıların 4 nəfər olduğu müəyyən edilib. Onlardan ikisi bankı qarət edən zaman digər ikisi "Mercedes-Benz" markalı avtomobildə gözləyib. Bütün hadisə isə 30 saniyə çəkib.

Telekanalın məlumatına görə, cinayətkarlar qarət zamanı atəş açmayıblar.

Hazırda faktla bağlı təhqiqat aparılır. Polisin məlumatına görə, cinayətkarlar bir neçə məhəllə aralı "Mercedes-Benz" avtomobilini atıblar və başqa bir maşınla qaçıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bankı 30 saniyəyə qarət etdilər