Masallıda qəribə olay

Day.Az представляет новость на азербайджанском языке

Masallının Boradigah qəsəbə sakini Vüqar Qəniyevə qayda pozduğuna dair protokol gəlib. Bu barədə məlumatı o, ilk olaraq SMS vasitəsi ilə alıb.

Day.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, protokolda göstərilib ki, həmin avtomobil Bakı-Sumqayıt yolunda sürət həddini aşıb. Vüqar Qədirov isə deyir ki, protokolda göstərilən avtomobil ona məxsus deyil və heç vaxt avtomobillə Bakıya getməyib. İndi Vüqar Qədirov törətmədiyi qayda pozuntusuna görə yazılan cərimənin silinməsini istəyir.

Saatlının Ağarəhimli kənd sakini Raqif Əliyevə də başqasının protokolu gəlib. Raqif Əliyev deyir ki, protokolda göstərilən avtomobil ona aid deyil. Lazımi məlumatlar protokolda yazılsa da, şəkildə yoxdur.
Hər iki sürücü səhvin düzəldilməsini istəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Masallıda QƏRİBƏ OLAY - Evdə oturduqları yerdə...