Azərbaycanda yol qəzaları: 6 ölü, 19 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.

Məlumata görə, Bakının Nərimanov rayonunda yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib.

"Mercedes" markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.

Nərimanov rayonunda baş verən digər hadisədə isə "Hyundai" markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.