Facebook-dan İNANILMAZ YENİLİK

14 января 2017 11:08

Day.Az представляет новость на азербайджанском языке

Yaxın zamanda biz Facebook-dakı video və şəkillərə baxarkən beyin mərkəzimiz araşdırılacaq.

Ən dərin sirləri də bilmək istəyir

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Facebook "bina 8" adlı proqram hissəsinə iki yeni iş elanı asıb. Birində "beyin-kompüter interfeysi mühəndisi", digərində isə "sinir görüntüləmə mühəndisi" axtarıldığı deyilir.

Bu qəribə iş sahələri mütəxəssislər tərəfindən Facebook-un artıq istifadəçilərinin düşüncələrini oxumaq istədiyi şəklində şərh olunur.

Facebook ən qaranlıq və ən dərin düşüncələrimizi belə öyrənə biləcək...

Beyin-kompüter mühəndisi nə deməkdir?!

İşə götürüləcək insanların tam olaraq nə edəcəyini biz bilmirik, amma elanda gizli vəzifə açıqlanır.
Bunlardan biri olan kodlaşdırma və "decoding" (kod müəyyən etmə) modelləri də daxil olmaqla bu üsullar vasitəsi ilə beyinin görüntü və elektrofizioloji məlumatlarını anlamaq mümkün olacaq.
İkinci elan üçün işə götürüləcək şəxs isə neyrogörüntüləmə texnologiyalarının inkişafına yönəlmiş bir layihəyə cavabdeh olacaq.
Hər iki şəxs Kaliforniyadakı Menlo Park saytında çalışacaq.

Mark öncədən siqnallar vermişdi

Mark Zukerberq bir müsahibəsində ​​telepatiya sistemi yaratmaq arzusunu dilə gətirib, bunun "son texnologiya" olacağını söyləmişdi: "Bir gün düşüncələri texnologiyanın köməyindən istifadə edərək görə biləcəyimizə inanıram. Yalnız bir neçə şey haqda düşünəcəyik və istəsək, dostlarımız bunu dərhal sınaqdan keçirəcəklər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.