Tanınmış müğənninin ərini klubda güllələdilər - FOTO

14 января 2017 11:13

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Seren Serengilin keçmiş əri Musa Melih Aytun İstanbulun Beşiktaş ərazisindəki gecə klubunda silahlı hücuma məruz qalıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, o, ayağından güllə yarası alıb. Silahlı şəxs isə hadisə yerindən qaçaraq uzaqlaşıb. Əraziyə polislər və həkimlər gəliblər. Musa təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyəti hazırda normaldır.

Hadisənin baş verdiyi anlar klubun təhlükəsizlik kameralarına düşüb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.