Tailandda təyyarə yerə çırpıldı: ölən var

Day.Az представляет новость на азербайджанском языке

Tailand Hərbi Hava Qüvvələrinə məxsus JAS 39 Gripen qırıcı təyyarəsi Milli Uşaq Günü münasibətilə keçirilən aviaşouda qəzaya uğrayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sonqkxla əyalətinin Xatyay şəhərində qeydə alınıb. Yerə çırpılan təyyarə partlayıb və tamamilə yanıb. Pilot həlak olub. Hadisə uşaqların gözü qarşısında baş verib.
 
Hadisənin araşdırılması üçün hökumət komissiyası yaradılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Təyyarə yerə çırpıldı: ölən var