Qusara 17 sm qar yağıb - YENİLƏNİB - FOTOSESSİYA

14 января 2017 15:56

Day.Az представляет новость на азербайджанском языке

----------
11:28

Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.

Day.Az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.
 
Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.
 
Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.
 
Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.