PKK terrorçuları ilə atışmada 2 türk hərbçi şəhid oldu: yaralılar var

14 января 2017 11:42

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Bitlis şəhərində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi şəhid olub, digər ikisi isə yaralanıb.

Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Bitlis Şəhər Valiliyindən bildirilib.
Valilikdən qeyd olunub ki, atışma zamanı yaralanan iki hərbçinin həyatı üçün ciddi təhlükə yoxdur: "Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir. Təhlükəsizlik qüvvələri insanların rahat şəkildə yaşaması üçün terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.