Bakıda səhnəyə çıxan gənc müğənni çətin durumda - FOTOLAR

14 января 2017 11:49

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə polisə 16 yaşlı müğənni Aleyna Tilkinin ailəsi barədə şikayət daxil olub.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, şikayətdə müğənninin ailəsi tərəfindən istismar edilməsi, onun gecə klublarında səhnəyə çıxmağa məcbur edilməsi qeyd olunub.

Müğənni və ailəsi şikayətlə əlaqədar polis bölməsinə aparılıblar. Onlar bölmədə ifadə veriblər. Aleyna spirtli içkilərin satıldığı məkanlarda səhnəyə çıxmadığını söyləyib.

Qeyd edək ki, Aleyna 31 dekabr Yeni il gecəsi Bakı Olimpia Stadionunda səhnəyə çıxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.